Baş məşqçinin klub prezidenti ilə söhbəti gərgin keçdi, mətbuat konfransına gecikdi

6 Mart 2023 21:40 İspaniya 577
Baş məşqçinin klub prezidenti ilə söhbəti gərgin keçdi, mətbuat konfransına gecikdi

“Real”ın prezidenti Florentino Peres La Liqada “Betis”lə heç-heçədən (0:0) sonra komandanın baş məşqçisi Karlo Ançelotti ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, klub rəhbəriylə italiyalı mütəxəssis arasında söhbət o qədər uzanıb ki, Ançelotti mətbuat konfransına gecikib.

Daha əvvəl Florentino Pereslə Ançelotti arasında münasibətlərin gərginləşdiyi bildirilirdi.

“Real” La Liqada lider “Barselona”dan 9 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar