“Barselona” azlıqda qaldı, qazandı, liderliyini möhkəmləndirdi - VİDEO

6 Mart 2023 00:00 İspaniya 548
“Barselona” azlıqda qaldı, qazandı, liderliyini möhkəmləndirdi - VİDEO

İspaniya La Liqasının XXIV turunda “Barselona” “Valensiya”nı qəbul edib.

Sportinfo/az xəbər verir ki, görüş Kataloniya təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb – 1:0.

Yeganə qolu 15-ci dəqiqədə Rafinya vurub. 55-ci dəqiqədə Ferran Torresin penalti qaçırdığı görüşün 59-cu dəqiqəsində Ronald Arauxo “Barsa”nı azlıqda qoyub. Bununla belə, qələbə hesabını qorumaq mümkün olub.

“Barselona” 62 xalla vahid liderdir. Komanda ən yaxın izləyicisi “Real”ı 10 xal üstələyir. Uğursuz mövsüm keçirən “Valensiya” 23 xalla sondan 2-ci – 19-cudur.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar