"Bizə uzunboylu hücumçu lazım deyil”

5 Mart 2023 21:40 İspaniya 559
"Bizə uzunboylu hücumçu lazım deyil”

“Real”ın baş məşqçisi Karlo Ançelotti hücumçu Kərim Benzema barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, fransalı hücumçunun fiziki cəhətdən yaxşı formada olduğunu deyib:

“Hər oyunda üstün olmaq mümkün deyil. Benzema üçün narahat deyiləm.

Çünki onun fiziki cəhətdən formada olduğunu görürəm. Komandam hücumda yaxşı oynayır. Biz La Liqanın ən məhsuldar komandasıyıq.

Komandanın qol vurmaq kimi problemi yoxdur. Məsələn, “Liverpul”a beş qol vurduq.

“Real”a uzunboylu hücumçu lazım deyil. Daha doğrusu, biz forvard təsvir etsək, Benzemanı misal çəkərik.

Bizə mərkəz hücumçuları da lazım deyil. Kərim bizə çox kömək edir. Mövsümün həlledici mərhələlərinə doğru irəliləyirik. Benzema da kuboklara doğru yaxınlaşır”.

Fransalı hücumçu cari mövsümdə “kral klubu”nun heyətində 26 oyuna çıxıb, 18 qol vurub və 5 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR