Depayla Morata dubl etdi, “Atletiko” 6 dəfə sevindi – VİDEO

5 Mart 2023 15:20 İspaniya 596
Depayla Morata dubl etdi, “Atletiko” 6 dəfə sevindi – VİDEO

İspaniya La Liqasında XXIV tur davam edir.

Sportinfo.az xəbər verir ki, Madrid “Atletiko”su öz meydanında bu mövsüm uğursuz çıxış edən “Sevilya”nı sınağa çəkib.

Görüş “hindular”ın qələbəsi ilə başa çatıb - 6:1.

Memfis Depay və Moratanın dubl etdiyi qarşılaşmada madridlilərin digər qollarını Antuan Qrizmann, Yannik Karrasko və Alvaro Morata vurublar. Əndəlusiyalıların yeganə qoluna Yusuf En-Nesiri imza atıb.

“Atletiko” 45 xalla 3-cüdür. “Sevilya” isə 25 xalla 15-ci pillədə qərarlaşıb. Komandanı düşmə zonasından cəmi 1 xal ayırır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar