Premyer Liqadan yeni “elçi” - “Barselona”lı futbolçuya

4 Mart 2023 18:20 İspaniya 786
Premyer Liqadan yeni “elçi” - “Barselona”lı futbolçuya

“Barselona”nın yarımmüdafiəçisi Rafinya yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportinfo.az xəbər verir ki, “Nyukasl” braziliyalı futbolçunun xidmətində maraqlıdır.

“Sağsağanlar” yayda oyunçunu transfer etməyə çalışacaq.

Rafinya 2022-ci ilin yayında “Lids”dən “Barsa”ya keçib. Onunla 2027-ci ilə qədər müqavilə imzalanıb.

O, cari mövsümdə İspaniya La Liqasında Kataloniya təmsilçisinin heyətində 22 oyuna çıxıb, 4 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar