"Çox yaxşı oynamağa məcburuq, "Real"ı hələ də favorit hesab edirəm"

4 Mart 2023 01:40 İspaniya 413
"Çox yaxşı oynamağa məcburuq, "Real"ı hələ də favorit hesab edirəm"

"Barselona" İspaniya Kral Kuboku yarımfinal mərhələsinin ilk görüşündə səfərdə "Real"ı 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi matçdan sonra açıqlama verib.

43 yaşlı mütəxəssis müdafiədə inamlı oynadıqlarını bildirib:

"Sona qədər mübarizə aparmaq bizim üçün yaxşıdır. Topu özümüzdə saxlaya bilmədik. İkili mübarizələri qazanmaq çətin idi, amma çox yaxşı müdafiə olunduq.

Matçı qazandıran müdafiə gücümüz oldu. 1:0 hesabı bizim üçün üstünlük yaradır, amma cavab görüşündə çox yaxşı oynamağa məcburuq. "Real"ı hələ də favorit hesab edirəm".

Komandalar arasında cavab oyunu 5 aprel tarixində "Kamp Nou"da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR