“Atletiko” “Vulverhempton”un hücumçusu Adama Traore ilə maraqlanır.
Sportinfo.az xəbər verir ki, tərəflər artıq bu ilin yayında futbolçunun azad agent statusunda mümkün keçidiylə bağlı ilkin danışıqları aparıblar.
27 yaşlı futbolçu çətin ki, “Vulverhempton”la müqaviləni yeniləsin.
Traore 2022/23 mövsümündə “Vulverhempton”un heyətində bütün yarışlarda 27 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Onun İngiltərə klubu ilə müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

