“Bu komandada oynamaq istəməyən özünü həkimə göstərməlidir"

29 İyun 2020 18:34 İngiltərə 818
“Bu komandada oynamaq istəməyən özünü həkimə göstərməlidir"

“Liverpul”un sabiq qapıçısı Bryus Qrobbelar komandanın gücü barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Bryus bildirib ki, istənilən futbolçu bu “Liverpul”da oynamağı arzulamalıdır.

O, Kilian Mbappenin “Liverpul”a keçə biləcəyi ilə bağlı yayılan məlumata da münasibət bildirib:

“Mbappe “Enfild”ə gəlsə, ilk növbədə özünün sübut etməli olacaq. Vəziyyətin necə olacağı barədə dəqiq fikir bildirmək olmaz. Bu, Kloppdan da asılıdır. Ola bilsin ki, yeni mövsümdə təzə nəsə ortaya qoysun.

İndi istənilən futbolçu “Liverpul”da oynamağa can atır. Ona görə ki, biz çempionuq. Bura gələn futbolçu dərhal əsas heyətdə yer tələbə edə bilməz. Həmin futbolçu ilk növbədə oyun keyfiyyətini bir qədər də artırmalıdır. Bu komandada oynamaq istəməyən futbolçu isə özünü həkimə göstərməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır