İşsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldıldı - Azərbaycanda

30 Dekabr 2023 08:10 Gündəm 964
İşsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldıldı - Azərbaycanda

Azərbaycanda işsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldılıb.

Prezident İlham Əliyev bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanuna əsasən, 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək.

Əvvəllər isə bu müddət 30 ay idi.

Digər Xəbərlər
Xəbər Lenti