“İncidim, evimə basqın edib, məni söymək və vurmaq istəyirdilər” - Umu-küsü etdi

20 Dekabr 2024 01:30 Fransa 1 792
“İncidim, evimə basqın edib, məni söymək və vurmaq istəyirdilər” - Umu-küsü etdi

"Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar 2023-cü ilin yayında PSJ-dən niyə ayrıldığını açıqlayıb.

Sportinfo.az bu barədə “RMC Sport”a istinadən xəbər verir.

“PSJ-dən ayrılmaq qərarına gəldim, bundan dərhal sonra “Əl-Hilal”dan təklif aldım. Mən artıq Parisdə xoşbəxt deyildim.

Klub və məşqçi məni komandada istəmirdi. Mənimlə bu barədə danışmışdılar, ona görə də qərar verməli oldum.

“Əl-Hilal”ın təklifini bəyəndim. Bu klubu, yerli mədəniyyəti və çempionatı tanıdım”, - Neymar deyib.

Braziliyalı ulduz fransız azarkeşlərin ona qarşı münasibətinə toxunub:

“Birinci il möhtəşəm keçdi, fransız xalqı və tərəfdarları məni çox yaxşı qarşıladılar.

Son iki-üç il əvvəlki kimi olmadı. Tərəfdarların mənə aqresiv münasibəti, xüsusən də evimə gələndə, basqın etmək, təhqir etmək və ya vurmaq istədikləri zaman bir az üzüldüm.

Kluba qarşı heç bir incikliyim yoxdur. Sadəcə olaraq, klubu idarə edən insanlara və bəzi tərəfdarlara qarşı incikliyim var.

Amma bu keçmişdə qalıb. Karyeramda ən çox vaxt keçirdiyim klubdur – 6 il. Həm çox gözəl, həm də kədərli anlar yaşadım.

Təəssüf ki, tərəfdarlarla münasibətim daha çox kədərli məqamlardan biridir. Amma idman səviyyəsində oynadığım ən yaxşı futbol idi. Buna görə də xoşbəxtəm və bununla bağlı vicdanım təmizdir”.

Neymar 2023-cü ilin avqustunda “Əl-Hilal” a keçib. Daimi zədələr səbəbindən braziliyalı Səudiyyə klubunun heyətində cəmi 7 oyun keçirib, bir qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır