
Həm avtobus zolağına girənlər, həm də dayanma və durma qaydasını pozan şəxsləri cərimə gözləyir.
Taksi fəaliyyəti ilə məşğul olan şəxslər isə bu vəziyyətdən şikayətçidirlər. Artıq cərimələnənlər də var.
Nəqliyyat ekspertlərinin sözlərinə görə, taksilər də ictimai nəqliyyat hesab edildiyindən bu zolaqlardan istifadə etməlidir.
Məsələ ilə bağlı Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sürücü 1.5 nişanlanma xətti olan ərazidən istifadə edərək sərnişini mindirib düşürə bilər.
Qurumun Mətbuat xidməti qeyd edib ki, burada söhbət ümumi istifadə olunan nəqliyyat vasitələrindən gedir. Bunlar da avtobus, trolleybus və tramvaydır.
Avtobus zolağına girən şəxslər 100 manat, dayanma və durmanı pozan şəxslər isə 40 manat cərimə olunur.
Ətraflı videomaterialda: