"Sampdoriya"nın daha bir futbolçusu koronavirusa yoluxdu

26 Mart 2020 09:56 İngiltərə 712
"Sampdoriya"nın daha bir futbolçusu koronavirusa yoluxdu

"Sampdoriya"nın futbolçusu Edqar Barretonun koronavirus testi müsbət nəticə verib.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı paraqvaylı yarımmüdafiəçinin xəstəliyə həyat yoldaşı ilə birgə yoluxduğu müəyyənləşib. Hər iki şəxs dərhal karantinə alınıb.

Daha əvvəl komandanın digər oyunçusu Yakub Yankto klubda 15 nəfərin testinin müsbət nəticələndiyini açıqlayıb.

Son məlumatlarda koronavirusun dünyada 435 006 nəfərdə təsdiqləndiyi bildirilir. Ölənlər 19 625, sağalanlar 111 822 nəfərdir. COVID-19-un əsas yayılma ocaqları Çin, İtaliya, ABŞ, İspaniya, Almaniya, İran və Fransadır.

Digər Xəbərlər
Xəbər Lenti