COP29

“Mənim vəzifəm əvvəldən bəlli idi” – Millinin müvəqqəti baş məşqçisi

11 Oktyabr 21:20 İngiltərə 1 598
“Mənim vəzifəm əvvəldən bəlli idi” – Millinin müvəqqəti baş məşqçisi

İngiltərə millisinin müvəqqəti baş məşqçisi Li Karsli özünün inkişaf perspektivlərindən danışıb.

Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, irlandiyalı çalışdırıcı vəzifəsinin əvvəlldən bəlli olduğunu bildirib:

“Mənim vəzifəm əvvəldən bəlli idi – üç təlim-məşq toplanışı. Üç oyun qalıb, sonra U-21 komandasına qayıdacam.

Bunun vəziyyətə demək olar ki, heç bir təsiri olmayacaq. Heç nə dəyişməyib.

Bu baxımdan mənim vəzifəm üç təlim-məşq toplanışı keçirməkdir. Sonra isə mənim bəxtim gətirdi ki, artıq gənclər komandasında yaxşı işim var.

Amma ilk təlim-məşq toplanışından və həqiqətən də, iki yaxşı çıxışdan sonra iddialarım reallaşdı.

Vəzifələr mənə aydındır. Bunun böyük bir yarışda qalib gəlmək baxımından dünyanın ən yaxşı işlərindən biri olduğunu başa düşürəm”.

İngiltərə millisi bundan əvvəl UEFA Millətlər Liqası matçında Yunanıstana 1:2 hesabı ilə uduzub. İngiltərə yığması növbəti oyunda oktyabrın 13-də Finlandiya millisi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti