Premyer Liqanın daha bir ulduzu Ərəbistan klubu ilə anlaşdı

23 İyul 2024 00:00 İngiltərə 692
Premyer Liqanın daha bir ulduzu Ərəbistan klubu ilə anlaşdı

“Mançester Siti”nin hücumçusu Kevin de Brüyne Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçməyə razılaşıb.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə klubu ilə “Əl-İttihad” arasında 33 yaşlı futbolçu ilə bağlı danışıqlar davam edir.

İyunun əvvəlində forvardın yay transfer pəncərəsində komandasını tərk edəcəyi ilə bağlı məlumatlar yayılıb. Kevin özü də karyerasını Səudiyyə Ərəbistanı klublarından birində davam etdirəcəyini istisna etməyib.

Yarımmüdafiəçi 2015-ci ildən “Siti”də çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 382 matçda iştirak edib, 102 qol vurub, 170 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt futbolçunun transfer dəyərini 50 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti