Braziliyalı legioneri satmağı planlaşdırır – Premyer Liqa klubu

9 İyul 2024 10:00 İngiltərə 628
Braziliyalı legioneri satmağı planlaşdırır – Premyer Liqa klubu

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro bu yay klubu tərk edəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə Səudiyyə Ərəbistanı klubları maraqlanır.

“Mançester Yunayted” yarımmüdafiəçinin hazırkı müqaviləsinin 2026-cı ilə qədər olmasına baxmayaraq, onu satmağa hazırdır.

Daha əvvəl braziliyalı futbolçunun “Bayern”ə keçməkdən imtina etdiyi bildirilirdi.

Kazemiro 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. O, 2023/24 mövsümündə bütün yarışlarda 32 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti