O da “Mançester Yunayted”dən getmək istəyir

26 Yanvar 2022 01:30 İngiltərə 679
O da “Mançester Yunayted”dən getmək istəyir

“Mançester Yunayted”in futbolçusu Cessi Linqard klubu tərk etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Linqard oyun praktikasının azlığından narazıdır və heç olmasa, icarə əsasında mövsümün sonuna qədər başqa klubda çıxış etmək niyyətindədir.

29 yaşlı yarımmüdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2022-ci ilin yayına qədərdir. O, bu mövsüm Premyer Liqada 9 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM