"Bu da pis xəbər deyil" - Onu almağı kim məsləhət görüb?

14 Yanvar 2022 10:00 İngiltərə 863
"Bu da pis xəbər deyil" - Onu almağı kim məsləhət görüb?

“Mançester Yunayted”in sabiq futbolçusu Lyuk Çedvik “qırmızı şeytanlar”a məsləhət görüb ki, “Aston Villa”nın futbolçusu Con Makkinə diqqət göstərsinlər.

Sportinfo.az xəbər verir ki, Lyuk Conun MY-in oyun fəlsəfəsinə tam uyğun gəldiyini bildirib.

O, bu futbolçunun Aleks Ferqyson tərəfindən də bəyənildiyini iddia edib:

“Ranqnikin oyun fəlsəfəsinə baxdıqda, Conun bu komandaya uyğun gəldiyini deməliyik. Çempionşipdə o və Qriliş əla təsir bağışlayırdılar.

Makqinn çox yaxşı futbolçudur, əməksevərdir. Onun oyununda ehtiras var. O, fantastik qabiliyyətlərə malikdir, “Yunayted”in oyununa mükəmməl uyğunlaşar.

Deyilənlərə görə, onu Aleks Ferqyuson özü almağı tövsiyə edib. Bu da pis xəbər deyil. Düşünürəm ki, MY azarkeşləri onun oyununu bəyənərlər”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"