“Çelsi” səfərdə büdrədi - VİDEO

4 Dekabr 2021 21:40 İngiltərə 377
“Çelsi” səfərdə büdrədi - VİDEO

İngiltərə Premyer Liqasının 15-ci turunda lider “Çelsi” səfərdə “Vest Hem”in qonağı olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın 29-cu dəqiqəsində qonaqlar Tiaqo Silvanın qolu ilə önə keçiblər.

Lakin M.Lanzini 40-cı dəqiqədə penalti zərbəsi ilə hesabı bərabərləşdirib.

İlk hissənin yekununu isə 44-cü dəqiqədə M.Mont qoyub. Qonaqlar ilk hissənin 1-2 hesabı ilə öndə başa vurub.

İkinci hissədə hücumların kəsərini artıran meydan sahibləri 56-cı dəqiqədə hesabı bərabərləşdirdikdən sonra qarşılaşmanın son dəqiqələrində qələbə topunu da vurmağa nail olublar.

87-ci dəqiqədə hesabı 3-2-yə çatdıran A.Masuaku yekun hesabı da müəyyən edib.

Beləliklə, aktivində 33 xalı olan “Çelsi” hələlik liderliyini davam etdirir. “Vesthem” isə bu qələbə ilə xalını 27-ə çatdıraraq 5-ci pillədəki “Arsenal”ı dörd xal qabaqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti