“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Rahim Sterlinqi transfer etmək istəyir.
Sportinfo.az xəbər verir ki, Sterlinqin transferi “Barselona” üçün prioritet hədəf sayılır.
Məlumata görə, “Siti” rəhbərliyi hücumçunu satmağa razıdır.
Amma “şəhərlilər” bu transferdən 80 milyon avro qazanmaq niyyətindədirlər. Onu da qeyd edək ki, “Barsa” yayda Sterlinqi icarəyə götürməyə cəhd etsə də, bu planı baş tutmadı.
Onun müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.