Abramoviç bu transferə 175 milyon avro ayırıb

13 İyul 2021 12:00 İngiltərə 504
Abramoviç bu transferə 175 milyon avro ayırıb

“Çelsi” Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holandı transfer etməkdə israrlıdır.

Sportinfo.az xəbər verir ki, “Çelsi”nin sahibi Roman Abramoviç onun alınması üçün xəsislik etmək niyyətində deyil.

İngiltərə mətbuatının iddiasına görə, milyarder bu transferin reallaşması üçün 175 milyon avro ayırıb.

Əgər keçid bu qiymətə baş tutarsa, onda Holand futbol tarixinin ikinci ən bahalı transferi olacaq. Norveçli futbolçunun “Borussiya” ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi