Premyer Liqanın üç klubundan ayrı-ayrı XƏBƏR - VİDEO-BLOQ

20 Oktyabr 2025 17:20 Premyerliqa 1 585
Premyer Liqanın üç klubundan ayrı-ayrı XƏBƏR -  VİDEO-BLOQ

Premyer Liqada mövsüm qızışmağa doğru gedir.

Klublarda vəziyyət buna uyğun olaraq cərəyan etməkdədir.

Hərəsinin öz gündəmi və planları var. Məsələn, «Qəbələ»də rəhbərliklə baş məşqçi Kaxaber Sxadadzenin münasibətlərində gərginlik yaranıb.

Geridə qalan həftələrdə qeydə alınan uğursuz nəticələr gürcü mütəxəssisi yönətimlə üz-üzə qoyub.

«Qarabağ»da işlər fərqli cür inkişaf edir. Çempionlar Liqasında qazanılan iki qələbə kluba yerli və xarici invenstorların marağını artırıb.

Türkiyə Hava Yolları başda olmaqla, bir necə tanınmış brend Ağdam təmsilçisi ilə sponsorluq müqaviləsi imzalamağı arzulayır.

«Neftçi»də gündəm yeni legionerlərdir. «Transfer pəncərəsi»nini xeyli əvvəl bağlanmasına baxmayaraq, «ağ-qaralar» azad agent statusu daşıyan futbolçularla danışıqları davam etdirir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 18:10 Çək və bizə göndər!