"Bakı"lı ermənilərlə döyüşə girdi, Hafiz Məmmədova "salam" yolladı – VİDEO+FOTOLAR

1 Dekabr 2020 16:00 Hadisə 923
"Bakı"lı ermənilərlə döyüşə girdi, Hafiz Məmmədova "salam" yolladı – VİDEO+FOTOLAR

Vətən Müharibəsində iştirak edən azərbaycanlı futbol adamlarının sayı heç də az deyil.

«Bakı» camiəsinin 2 mənsubu ermənilərə qarşı döyüşmək üçün orduya qoşulub.

Onlardan biri komandanın hücumçusu olmuş Valeh Seyidovdursa, digəri İslam Nurəliliyevdir.

Valeh icraçı direktor Yaşar Seyidovun oğldursa, İslam klubda müxtəlif vəzifələr icra etmiş Elçin Nurəliyevin övladıdır.

O, sentyabrın 29-da - Qarabağda müharibənin başlamasından 2 gün sonra Azərbaycan Ordusunun sıralarına qoşulub və günü bu gün də cəbhə bölgəsindədir.

Bir oğul atası olan İslamın yaxınlarda Şəhla adlı qızı dünyaya gəlib. Hələ körpə qızının üzünü görməyən Nurəliyev döyüş zonasından bütün «Bakı»lılara mesaj göndərib.

O, klubun prezidenti Hafiz Məmmədov və vitse-prezident Zeynal Məmmədovun timsalında bütün «Bakı» ailəsini, fanatlarını salamlayıb.

Sportinfo.az eksklüziv olaraq həmin görüntüləri təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti