Yeni erməni nazirin ordu ilə bağlı açıqlaması gündəm oldu - VİDEO

27 Noyabr 2020 12:30 Hadisə 845
Yeni erməni nazirin ordu ilə bağlı açıqlaması gündəm oldu - VİDEO

Ermənistanın yeni iqtisadiyyat naziri Vahan Kerobyan təyinatından öncə verdiyi açıqlama ilə gündəm olub.

Sportinfo.az xəbər verir ki, İkinci Qarabağ Müharibəsi zamanı münaqişə zonasına yollanan Kerobyan “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə Ermənistan ordusunun zəif olduğunu etiraf edib.

“Bizə vəziyyətlə bağlı çoxlu nağıl danışılıb. Biz fikirləşirdik ki, ordumuz çox güclü və çox böyükdür, ona görə hər şeyi edə bilərik.

Ancaq reallığa gəldikdə isə, cəmiyyətdə heç kimin real vəziyyətdən xəbəri yox idi. İndi isə layiq olduğumuz nəticəni əldə etmişik”,- deyə Kerobyan müsahibəsində bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda