Tanınmışlar Azərbaycana toplaşır - “Futbol Konfransı Bakı”

11:20 Hadisə 746
Tanınmışlar Azərbaycana toplaşır - “Futbol Konfransı Bakı”

Futbol adamları Mayın 29-da “QOLAT Sport Service & Football Agency” tərəfindən “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol konfransı keçiriləcək.

Azərbaycanda ilk dəfə təşkil olunacaq konfransın əsas məqsədi ölkəmizdə futbol sahəsində çalışan insanların bir araya gələrək müasir futbol mövzularının müzakirəsində iştirak etmək, xarici və yerli mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsində aparmaq və əlaqləri genişləndirməkdir.

Futbol Forumunun əsas mövzu istiqaməti “Dəyişən Futbol Dünyası” olaraq nəzərdə tutulub.

Forumda Türkiyə, Avropa və Azərbaycandan olan futbol mütəxəssisləri panel müzakirələrində iştirak edəcəklər.

Forumun iştirakçıları sırasında Azərbaycan klublarının nümayəndələri, futbolçular, FIFA agentləri, məşqçilər və gələcəkdə öz karyerasını bu istiqamətdə qurmaq istəyən şəxslərin qatılması nəzərdə tutulur.

“QOLAT Sport Service & Football Agency”nin direktoru Səid Bağırov bildirib ki, şirkət olaraq konfransın keçirilməsini ölkəmiz üçün vacib hesab edir:

“Məqsədlərdən biri futbolun sadəcə meydançada oynanılan oyun kimi yox, bu sahədə uğurlu olmuş ölkələrin təcrübələrini paylaşaraq, müasir futbolda istifadə olunan texnologiyaları, futbolçu yetişdirilməsi, oyunçu və klublarla münasibətlərin inkişaf etdirilməsi, transfer məsələləri kimi mövzularda mütəxəssiz rəylərini dinləməyin vacibliyini göstərməkdir.

Forumda spiker kimi çıxış edəcək olan iştirakçıların siyahısını qısa zamanda futbol ictimaiyyət ilə paylaşacağıq”.

Mayın 29-da “Hyatt Regency” otelində keçiriləcək “Futbol Konfransı Bakı” forumunda iştirak pulsuzdur. Forumda iştirak üçün qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiz.

Qeydiyyat üçün link: https://forms.gle/27ZTAduu9DeKmBRC6

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti