Bakıda V Autizm Festivalı təşkil olunacaq

17 May 2025 03:50 Hadisə 1 252
Bakıda V Autizm Festivalı təşkil olunacaq

17 may 2025-ci il tarixdə Gənclər və İdman nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyasının və Aztest Group-un təşkilatçılığı ilə Bakı şəhəri Fəvvarələr meydanında növbəti V Autizm Festivalı təşkil olunacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Festivalın təşkilat komitəsinin sədri Elnur Məmmədli məlumat verib.

Festivalda bu sahədə çalışan qurumlar öz işlərini və fəaliyyətlərini nümayiş etdirəcəklər.

Festivalı keçirməkdə məqsəd ictimaiyyətin diqqətini bu problemə cəlb etməkdir. Tədbirdə autizmli ailələr və autizmli uşaqlarda iştirak edəcək.

Festival səhər saat 10.00-dan başlayıb axşama kimi davam edəcək. Hər kəs dəvətlidir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi