Tanınmış futbol adamı idman direktoru təyin olunub? - AÇIQLAMA

14:40 Hadisə 161
Tanınmış futbol adamı idman direktoru təyin olunub? - AÇIQLAMA

«Son günlər mənimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Şəfa"nın akademiyasının rəhbəri Nadir Nəbiyev deyib.

Tanınmış futbol adamı martda təyinat aldığı klubda vəzifəsini dəyişməsi haqda tirajlanan məlumatlara münasibət bildirib.

Uzun illər «Turan Tovuz»un başında dayanmış təcrübəli funksioner "Şəfa"da idman direktoru postuna keçirilməsi yönündə informasiyaları təkzib edir:

"Hazırda belə söhbət yoxdur. Mən öz işimdəyəm.

Rəhbərliklə münasibətlərim çox yaxşıdır. Bir-birimizə böyük hörmətimiz var. Sadəcə, bu haqda danışmamışıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti