Niderlandlı konkisürmə ulduzu Yutta Leerdam yenidən pərəstişkarlarının diqqət mərkəzindədir.
Sportinfo.az xəbər verir ki, olimpiya çempionu sosial mediada hovuz kənarında istirahət edərkən çəkilmiş videosunu paylaşıb.
İdmançı bikinidə görünür.
Lakin, izləyicilərinin diqqətini yalnız Yuttanın atletik bədən quruluşu cəlb etməyib.
Videonun əvvəlində idmançı amerikalı boksçu və bloger Ceyk Polun nişanlandıqdan sonra ona hədiyyə etdiyi dəbdəbəli üzüyü də nümayiş etdirib.
Fanatlar tezliklə şərhlərə axışıblar. Çoxları zarafatla videoya baxanda daha təsirli olanı ayırd etməyin çətin olduğunu bildirdilər: idmançının çempionluq forması, yoxsa əlindəki nəhəng brilyant.

