“Yaxşı ki, sevgilim yanımdadır, bir-birimizi darıxmağa qoymuruq”

23:00 Hadisə 123
“Yaxşı ki, sevgilim yanımdadır, bir-birimizi darıxmağa qoymuruq”

“Bunu heç bir halda bəhanə göstərə bilmərik“.

“Karvan-Yevlax”ın qapıçısı Pedro Mateuş Sportinfo.az-a açıqlamasında belə deyib.

Legionerlər üçün bölgədə mütəmadi yaşayaraq oyunlara hazırlaşmaq və köklənmək baxımından problem yoxdur ki? Hər halda Yevlax Bakı və ya Gəncə deyil.

29 yaşlı portuqaliyalı kiperi dinləyək:

“İdmançının işi meydandadır. Ona görə də harada və hansı şərtlər altında yaşamağın fərqi yoxdur.

İsti otaq, məşq etmək üçün meydan, qidalanmaq üçün yemək varsa, deməli, problem yoxdur. Digər tərəfdən, əcnəbi futbolçuların əksəri Mingəçevirdə ev kirayələyib.

Mingəçevir kifayət qədər sakit və gözəl şəhərdir. Yaxşı ki, sevgilim yanımdadır.

Onun Azərbaycanda olması mənə böyük köməkdir. Birlikdə vaxt keçirir, bir-birimizi darıxmağa qoymuruq“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti