Sportinfo.az xəbər verir ki, “Olimpiakos”un (Yunanıstan) və İran millisinin hücumçusu Mehdi Taremi ABŞ və İsrailin ölkəsinə hücumlarından sonra vətəninə qayıtmaq qərarına gəlib.
O, klub rəsmilərinə bildirib ki, ordu rəhbərliyi və hərbi komandanlığın yanında olmaq, silahlanmaq və İranı müdafiə etmək istəyir.
33 yaşlı Taremi qərarında qətiyyətli olduğunu bildirib:
“Bu, ölkəmin mənə ən çox ehtiyac duyduğu andır. Xalqım, vətənim təhlükədədir və mən orada olmalıyam”.
İran Futbol Federasiyası oyunçunu Yunanıstanda qalmağa və karyerasını davam etdirməyə razı salmaq üçün səylər göstərir, lakin Taremi hələ də qərarını dəyişməyib.


