Məbləğin bu hissəsini geri ALACAQ - Kredit borcunu bitirənlər

07:30 Hadisə 79
Məbləğin bu hissəsini geri ALACAQ - Kredit borcunu bitirənlər

Kredit borcunu bağlayanlar ödədikləri sığortanın bir hissəsini geri ala bilərlər.

Kredit rəsmiləşdirilərkən həyat sığortası tətbiq olunubsa və ya kredit sənədlərinə sığorta müqaviləsi əlavə edilərək imzaladılıbsa, borc tam ödənildikdən sonra həmin sığorta vəsaitin bir hissəsini geri almaq mümkündür.

Bu halda sığortaya ödənilmiş məbləğin 20 faizi komissiya kimi tutulur, qalan 80 faizi isə müştəriyə qaytarılır.

Bunun üçün vətəndaş kredit götürdüyü filiala müraciət edərək filial müdirindən ərizə almalı, daha sonra sığorta şirkətinə yaxınlaşaraq eyni şəkildə orada da ərizə yazmalıdır. Bununla da ödənilən vəsaitin 80%-ni geri almaq mümkündür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti