Bu mövsümdən “Karvan“ın formasını geyinməyə başlayan Pedro Mateuş yeniyetmə və gənc yaşlarında çiyin-çiyinə oynadığı komanda yoldaşlarını ölkəmizdə yenidən görmək imkanı qazanıb.
Portuqaliyalı qapıçı bu barədə Sportinfo.az-a danışıb:
“Burada özümü qətiyyən tək hiss etmirəm və darıxmıram. Həm sevgilim yanımdadır, həm də oyunlar zamanı çoxdan tanıdığım dostlarımı görürəm.
Məsələn, “Turan Tovuz”un şərəfini qoruyan Xorxe Silva ilə 17-18 yaşlarımızda “Leyşoenş”də komanda yoldaşı olmuşuq. Sonra Silva “Sportinq”ə getdi, mən komandada qaldım.
“Kəpəz”dəki Dioqo Verdaska ilə “Portu”nun U-17 komandasında birlikdə oynamışıq. “İmişli”nin hücumçusu Dioqo Almeydaya qarşı rəqiob qismində oynamışam.
Lakin mənə ən yaxın Pana olub. O, Azərbaycanda iki komandanın şərəfini qoruyub (“Səbail”lə “Kəpəz”i nəzərdə tutur).
Onunla söhbətdə buradakı şərait və imkanlar barədə mənə yaxşı sözlər demişdi. Gördüklərimdən sonra Pananın söylədiklərinə şübhə yeri qalmadı”.

