Azərbaycan Premyer Liqasının XXII turunda baş tutan “Qarabağ” - “Sabah” oyununda (3:3) insident yaşanıb.
Sportinfo.az xəbər verir ki, hadisə matçın 84-cü dəqiqəsində “Qarabağ”ın 3-cü qolundan sonra baş verib.
Belə ki, “Sabah”ın məşqçisi Qurban Qurbanovun köməkçisi Müşfiq Hüseynova qarşı qeyri-etik jest edilib. Daha sonra hər iki komandanın üzvləri məsələyə qarışıb və insidentin gərginliyi artıb.
Ətrafdakı şəxslərin müdaxiləsi ilə ara sakitləşdirilib.

