"Ümid edirəm ki, bu gündən sonra bizə yeni qapılar açılacaq" - Avstriyalı mütəxəssis

1 Mart 03:40 Hadisə 512
"Ümid edirəm ki, bu gündən sonra bizə yeni qapılar açılacaq" - Avstriyalı mütəxəssis

Azərbaycan İdman Akademiyasının (ASA) Fizioterapiya təhsil proqramı üzrə məsul şəxsi, Avstriyanın "Complex Core+" təşkilatının icraçı direktoru Roman Yahoda yeni akademiyalarla əməkdaşlıq etmək istəyir.

o, bu barədə jurnalistlərə açıqlama verib.

"Təməldən təfərrüata" kitabının müəllifi olan mütəxəssis ASA ilə bir sıra layihələrdə iştirak etdiklərini söyləyib:

"Burada olduğum üçün məmnunam. Bu, bizim atdığımız ilk addım deyil.

Daha əvvəl Azərbaycan İdman Akademiyası ilə çox işlər görmüşük. Bu tədbirdə əsas məqsəd gördüyümüz işləri göstərmək idi.

Ümid edirəm ki, bu gündən sonra bizə yeni qapılar açılacaq. Yeni akademiyalarla əməkdaşlığımız genişlənəcək, gördüyümüz işlər daha geniş müstəvidə həyata keçiriləcək".

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!