“Real”la oyun baş tutmadı, AFFA 4 komandaya texniki məğlubiyyət verdi

6 Dekabr 2025 02:20 Hadisə 653
“Real”la oyun baş tutmadı, AFFA 4 komandaya texniki məğlubiyyət verdi

AFFA 4 komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

U-14 Qızlar Liqasında "Pirallahı" və "Ümid"ə heyətdə yetərsay olmadığı üçün texniki məğlubiyyət verilib.

AFFA Region Liqasında "Ərgünəş"ə "Real"la matçda təcili tibbi yardım maşını və ya həkim briqadası təmin etmədiyinə, "Bakı"ya isə "Mərcanlı" ilə oyunda heyətində lisenziyası olmayan futbolçu oynatdığına görə texniki məğlubiyyət verilib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!