AFFA İntizam Komitəsi "İmişli"ni cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, buna səbəb bölgə təmsilçisinin "Sabah"la keçirilən Azərbaycan Premyer Liqasının XIII tur oyununda azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi olub.
Komitə "İmişli"ni 3000 manat məbləğində cərimə edib.
Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma "Sabah"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

