AFFA tanınmış media adamını bu vəzifəyə təsdiqlədi - FOTO

14:40 Hadisə 122
AFFA tanınmış media adamını bu vəzifəyə təsdiqlədi - FOTO

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi postuna təyinat rəsmiləşib.

Murad Axundov bu posta təsdiqlənib.

Bu ilin avqustun 1-də bu şöbədə struktur dəyişikliyi həyata keçirilib. Şöbə rəisi Elnur Məmmədli ilə əməkdaşlığa yekun vurulub.

Həmin vaxt məlum vəzifənin icrası müvəqqəti olaraq Murad Axundova həvalə edilib.

Ötən 4 ay ərzində göstərdiyi fəaliyyətlə etimadı doğrultduğu üçün federasiya rəhbərliyi təcrübəli media mənsubunun bu postda qalmasını istəyib.

SPORTİNFO.AZ

AFFA:

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 17:50 Çək və bizə göndər!