Məşhur oyunçunun klubdan ayrılmasının səbəbkarı bu gözəl imiş - FOTOLAR

02:40 Hadisə 110
Məşhur oyunçunun klubdan ayrılmasının səbəbkarı bu gözəl imiş - FOTOLAR

Luiş Nani 2024-cü ildə karyerasını başa vurub və son klubu "Eştrela Amadora" olub.

O, hazırda Rusiyada Medialiqada həvəskar kimi çıxış edir.

Sportinfo.az xəbər verir ki, əfsanənin şəxsi həyatında hər şey əladır. Naninin həyat yoldaşı Daniella Martinsdir.

O, 1984-cü ildə doğulub. Yanvarda 42 yaşını qeyd edəcək və Nanidən ilyarım böyükdür.

Daniella jurnalistdir, amma artıq uzun müddətdir ki, ixtisası üzrə çalışmır. "İnstaqram" profilində əsas məşğuliyyəti belə göstərilib: həyat yoldaşı və ana. Bizim dildə desək, evdar qadın.

Onun həmçinin "DM.Swim" adlı özünün çimərlik geyimləri brendi də var, amma məhsulların yer aldığı sayt işləmir, sosial şəbəkələri isə boş qalıb.

Dani və Nani 2009-cu ildə tanış olublar. Həmin vaxt portuqaliyalı artıq "Mançester Yunayted"in ulduzu idi və klubla xeyli titullar qazanmışdı.

Cütlük toylarını yalnız 10 il sonra - 2019-cu ildə edib. O vaxtadək Luis və Daniella artıq valideyn idilər. İlk övladları olan Lukas 2013-cü ildə dünyaya gəlib. Düz 10 il sonra Nani yenidən ata olub. Bu dəfə qızları doğulub və ona Katarina adı verilib.

2025-ci ildə isə Dani və Naninin (özlərini sosial şəbəkələrdə belə adlandırırlar) üçüncü övladları dünyaya gəlib.

2009-cu ildən bəri Daniella Nani ilə birlikdə futbolçunun çıxış etdiyi bütün şəhərlərdə - Mançester, Lissabon, İstanbul, Valensiya, Roma, Orlando, Venesiya, Melburn, Adana və Amadorada yaşayıb. 10 şəhər və üç qitə.

Yeri gəlmişkən, 2016-cı ildə Nani az qala Daniella ilə mübahisə edib. Çünki o, İstanbuldan getmək istəmirdi. Daniella isə şəhəri heç bəyənmirdi. O, Naniyə Çindən gələn təklifi qəbul etməyi xahiş edirdi.

Futbolçu "Fənərbağça" ilə kubok qazanmaq istədiyini demişdi. Bu gərginliyə görə ayrıla da bilərdilər. Amma sonda ailə Türkiyəni tərk etdi. Çinə deyil, Valensiyaya köçdü.

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 17:50 Çək və bizə göndər!