“Qarabağ”dan getdi, bu ölkədə çempion oldu

02:10 Hadisə 40
“Qarabağ”dan getdi, bu ölkədə çempion oldu

Braziliya A seriyasında çempion müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın sabiq hücumçusu Juninyonun çıxış etdiyi “Flamenqo” çempionatın qalib olub.

Komanda 37-ci turda “Seara”nı 1:0 hesabı ilə məğlub edərək, sona 1 tur qalmış qızıl medalları təmin edib. “Flamenqo” ikinci sıradakı “Palmeyras”ı 5 xal qabaqlayır.

Rio-de-Janeyro təmsilçisi tarixində 8-ci dəfə Braziliya çempionu olub.

Felipe Luisin çalışdırdığı komanda bu mövsüm 5-ci titulunu qazanıb: A seriyası, Libertadores kuboku, Braziliya kuboku, Braziliya superkuboku və Rio-de-Janeyro çempionatı.

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 17:50 Çək və bizə göndər!