«Karvan»da rəhbərliklə Azər Həşimov arasında münasibətlər gərginləşib.
Klub baş məşqçi postundan uzaqlaşdırdığı mütəxəssisdən şikayətçidir.
Onunla bağlı akt tərtib olunub. Yevlax təmsilçisi Həşimovu rəsmi şəkildə bu barədə məlumatdanrıb.
Məktubda qeyd edilib ki, o, bir müddətdir komandanın hazırlıq prosesinə qatılmır, bu səbəbdən tərəflər arasında müqavilə qüvvədən düşmüş hesab olunur.
Həşimov iyulda «sarvanlar»ın sükanı arxasına gətirilib. Hər halda kağız üzərində onun adı baş məşqçi kimi göstərilib.
O, noyabrın 24-də görəvindən alınıb. Bu vəzifə Füzuli Məmmədova tapşırılıb.
Həşimov «Karvan»dan pulsuz ayrılmaq fikrindən uzaqdır. Kompensasiya almaq niyyətində israrlıdır.
Dəfərlə media vasitəsilə klub rəhbərliyinin diqqətinə çatdırıb ki, gələn ilin mayına qədər olan maaşı tam ödənilməsə, ayrılıq sənədinə qol çəkməyəcək. Maddi konteksdə güzəştə getməyəcəyini elan edib.
Onu qeyzlənlirən hal yönətimin səssiz-səmirsiz addım atmasıdır. Əyləşdiyi postdan uzaqlaşdırılması Həşimov üçün gözlənilməz olub.
SPORTİNFO.AZ

