“Qarabağ”ın sabiq qapıçısı yeni müqaviləyə qol çəkdi

4 Dekabr 2025 09:00 Hadisə 744
“Qarabağ”ın sabiq qapıçısı yeni müqaviləyə qol çəkdi

“Qarabağ”ın brazilyalı sabiq qapıçısı Vaqner da Silva karyerasını bitirməyə tələsmir.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı qolkiper ən azı daha bir il vətənində yaşıl meydanlardakı çıxışını davam etdirəcək.

Çünki Silva klubu “Operario” ilə yeni müqaviləyə qol çəkib.

B Seriyasında çıxış edən Ponta-Qrosa təmsilçisinin heyətdə saxlayacağı dəqiqləşən 4 oyunçudan biri də Vaqner olub. Onun sözləşməsi 2026-cı ilin noyabrına qədər uzadılıb.

Vaqner da Silva 2018-ci ilin yayından 2019-cu ilin sonuna qədər Azərbaycanda “Qarabağ”ın formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO