Ayxan Abbasov "Turan Tovuz"un çalışdırıcısı Kurban Berdiyevin "millinin baş məşqçisinin fikirləri mənə maraqlı deyil" açıqlamasını cavabsız qoymayıb.
“Şamaxı”nın sükançısı Azərbaycan Kubokunun1/8 final mərhələsində "Bakı Sportinq"i məğlub etdikləri (1:0) görüşdən sonra ona ünvanlanan suala qarşılıq verib..
Kurban Berdiyev Ayxan Abbasovun yığmaya dəvət edilən futbolçulara daha çox oynaya biləcəkləri klublara keçməyi tövsiyə etməsinə reaksiyası ilə dünən gündəmə gəlib.
“Siz bu gün yerli futbolçulada bu səbəbdən çox oyun şansı verdiniz?” sualını 73 yaşlı “Bab” belə cavablandırıb:
“Milli komandanın baş məşqçisinin dedikləri məni maraqlandırmır.
Yerli futbolçulara daha çox şans verdik ki, sonra onların səhvlərini analiz edək. Çempionatda da həmin səhvləri təkrarlamasınlar”.
XANOĞLAN / SPORTİNFO.AZ
Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz:

