Futbolumuzda çatmayan emosiya - Bu VİDEOnu qaçırmayın

23:00 Hadisə 118
Futbolumuzda çatmayan emosiya - Bu VİDEOnu qaçırmayın

Azərbaycan futbolunda problemlər çoxdur.

Diqqət çəkən boşluqların önündə əksər hallarda tribunaların boş olmasıdır.

Stadionların yolunu unudan tamaşaçılarda 1 günah varsa, qalan 9-u klubların boynundadır.

Lazım olan istiliyi, sevgini, bağı onlara ötürə bilmirlər.

Türkiyə futbolunu dərindən izləyən biri deyiləm.

Amma sonuncu "Fənərbaxça" - "Qalatasaray" derbisindən sonra qarşıma bir video çıxdı.

"Sarı laıcvərdlər"in bərabərlik qolundan sonra prezident Sadettin Saran dəlicəsinə sevinirdi.

Yalan olmasın 20 dəfə baxmışam. Qeyri-ixtiyari adam istəyir "Fənərbaxça" azarkeşi olsun. Başqanın yanında, başqa kimi fanatlıq etsin.

Klubun birinci şəxsinin qola reaksiyasında nə yoxdur ki?

Sevgi, istək, rəqabət hissi, qıcıq vermək ruhu və partlayıcı emosiya.

Saran bir hərəkəti ilə Türkiyədən Azərbaycanda olan futbolsevərlərə təsir qoya bilir.

Ölkə futbolunun bir də bu cür dinamik emosiyalara ehtiyacı var.

Təəssüf ki, bizdə "amandı nəsə edərəm, qarşı tərəf inciyər" təfəkkürü hakim kəsilir.

Nəticədə rəhbərlər kimi tribunlar da susqun, səssiz görünür. Təbii ki, tək səbəb bu deyil, amma səbəblərdən biri olduğu dəqiqdir.

XANOĞLAN İMANOV

Sonda haqqında bəhs etdiyim videonu linkə daxil olaraq izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti