Birinin pulunu verib yola salmadılar, başqasını onun yerinə əyləşdirdilər - VİDEO

30 Noyabr 2025 01:10 Hadisə 685
Birinin pulunu verib yola salmadılar, başqasını onun yerinə əyləşdirdilər - VİDEO

Premyer Liqanın 13-cü turunda “Karvan-Yevlax”ı meydana baş məşqçi kimi Füzuli Məmmədov çıxarıb.

Sportinfo.az xəbər verir ki, o, klub tərəfindən rəsmi şəkildə açıqlanmasa da, hazırda komandanın “sükanı arxası”ndadır.

Füzuli Məmmədovun adı köməkçi məşqçi kimi protokola daxil edilib və komandanı oyuna çıxarıb.

Yevlax klubunun qeyri-peşəkar şəkildə bu cür addım atması maraqlıdır.

Komandanın baş məşqçisi Azər Həşimov postundan istefa vermədiyi halda meydana başqa məşqçinin rəhbərliyi altında çıxması suallar doğurur.

Azər Həşimov isə klub tərəfindən istefaya göndərilsə də, təzminat tələb edir və müqaviləsini pozmur. Klub rəhbərliyi də təzminatı ödəməkdən imtina edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!