“Müqaviləm var, baş məşqçi postundan istefa verməmişəm”

25 Noyabr 2025 02:10 Hadisə 648
“Müqaviləm var, baş məşqçi postundan istefa verməmişəm”

Azər Həşimov iddia edir ki, "Karvan-Yevlax"ın baş məşqçi postundan istefa verməyib.

Sportinfo.az xəbər verir ki, o, mövsümün sonuna qədər işinin öhdəsindən gələ biləcəyini düşünür:

"Mən istefa verməmişəm. "Karvan-Yevlax"la maya qədər müqaviləm var.

Bu məsələ ilə bağlı rəhbərliklə görüşmək, müzakirələr etmək, daha sonra qərar vermək lazımdır. Mövsümün sonuna qədər işimin öhdəsindən gələ biləcəyimi düşünürəm".

"Karvan-Yevlax" hazırda 5 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində yer alıb.(report.az)

Digər Xəbərlər
Xəbər Lenti