Baş məşqçidən sonra iki köməkçi də yola salındı

24 Noyabr 2025 14:40 Hadisə 4 123
Baş məşqçidən sonra iki köməkçi də yola salındı

Azər Həşimovdan sonra daha iki məşqçi «Karvan»la vidalaşmalı olub.

Bunlar Zaur Hacıyev və Hüseyn Məhəmmədovdur.

Hər iki köməkçi «sarvanlar»ın düşərgəsini tərk edib.

Ötən mövsümü «Mingəçevir»də başa vuran Füzuli Məmmədovun işsiz günləri arxada qalıb. O, 5 illik aradan sonra Premyer Liqa səhnəsinə qayıdıb.

İyunda I Liqa klubundan söz-söhbətlə ayrılmış mütəxəssis bundan sonra «Karvan»da fəaliyyət göstərəcək.

Dünən Azər Həşimovu baş məşqçi postundan uzaqlaşdırmış klub rəhbərliyi bu gün Füzuli Məmmədovu görəvə gətirib.

14 ildən sonra elitaya qayıtmış Yevlax təmsilçisi 12 tura 5 xal toplayıb. Bu göstərici «sarvanlar»ı turnir cədvəlinin sonuncu - 12-ci pilləyə yuvarladıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!