“Karvan Yevlax” – “İmişli” qarşılaşmasında yaşanan olay tura damğa vurdu.
Oyunun 26-cı dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Azər Həşimov sol cinah müdafiəçisi Vüsal Məsimovu Əli Abdullayevlə əvəzləmək fikrinə düşdü.
Baş hakim Rauf Cabbarov əvəzetmənin gerçəkləşməsi barədə fasilə verəndə, Vüsal meydanı tərk etmək fikrində olmadığını bildirdi.
Təcrübəli komanda yoldaşlarının 25 yaşlı futbolçunu baş məşqçinin qərarına hörmətlə yanaşmağa məcbur etmələri belə, Vüsalı fikrindən daşındırmadı.
Nəticədə təxminən 1 dəqiqəlik fasilədən sonra Cabbarov oyunu bərpa etdi.
Məlum hadisə baş verən anda hər kəsi düşündürən əsas sual belə vəziyyətlərdə hakimin necə davranmasıdır. Yəni futbolçu meydanı tərk etməyənə qədər oyunu bərpa etməmək kimi hüququ var, yoxsa belə anda matç davam etdirilməlidir?
Maraqlandıq və məlum oldu ki, referi həmin epizodda doğru qərar verib.
Futbolçunun əvəzetməyə etiraz olaraq meydanı tərk etməmək kimi haqqı var. Belə durum yarandıqda isə, hakim oyunçunu əvəzlənməyə məcbur edə bilməz. Analoji vəziyyətdə meydandakı əsas söz sahibi fitini səsləndirib oyunu bərpa etməyə məcburdur.
Noyabrın 21-də Yevlax şəhər stadionunda baş tutan gərgin və maraqlı qarşılaşma “Kəpəz”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
HƏBİB / SPORTİNFO.AZ

