Həbibin papaqları hərracda satılacaq - “Teleqram" üzərindən

23 Noyabr 2025 17:20 Hadisə 537
Həbibin papaqları hərracda satılacaq - “Teleqram

Keçmiş yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun məşhur papaqları teleqram platformasında hərracda satışa çıxarılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə messencerin qurucusu Pavel Durov məlumat yayıb.

“Həbibin əfsanəvi papaqları ənənələri, azadlığı və hörməti simvolizə edən kolleksiya nümunələridir. Məğlubedilməz çempionun özü deyir: “Bəzi hədiyyələr təkcə dəyər daşımır, həm də mənaya malikdir”, - o qeyd edib.

Nurməhəmmədov son dəfə 2020-ci ilin oktyabrında oktaqona çıxmış, ikinci raundda boğucu fəndlə Castin Qeycini məğlub etmişdi. Onun MMA karyerasındakı nəticəsi isə 29-0-lıq məğlubiyyətsiz rekordla yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!