Tramp Putinlə Azərbaycan haqda bunları danışıb - Özü açıqladı

07:40 Hadisə 130
Tramp Putinlə Azərbaycan haqda bunları danışıb - Özü açıqladı

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə keçmiş Qarabağ münaqişəsi mövzusunda telefon danışığı aparmasından bəhs edib.

Tramp bu haqda Vaşinqtonda keçirilən ABŞ-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda çıxış edərkən bildirib.

Onun çıxışı isə Ağ Evin rəsmi yutub kanalında yayımlanıb.

“Mən bir çox müharibələrdə milyonlarla insanı xilas etdim. Azərbaycanda, orada nələrin baş verdiyini bilirsiniz. Mən bu problemi həll etdim. Bu, uzun illər davam edirdi. Putin mənə zəng edib dedi: “İnana bilmirəm, sən hər şeyi həll etdin; biz bunu uzun müddətdir həll etməyə çalışırdıq”. Mən dedim ki, “bu barədə narahat olma. Sadəcə imkan ver, sənin lənətə gəlmiş müharibəni (Ukrayna müharibəsi - red.) həll edim. Mənim köməyə ehtiyacım yoxdur”, - Ağ Evin rəhbəri bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 23:40 “And-aman edirdi ki...”
20 Noyabr 17:50 Çək və bizə göndər!