Məşhur aktrisanın adı bu dəfə başqa futbolçu ilə hallanır - FOTOLAR

04:00 Hadisə 79
Məşhur aktrisanın adı bu dəfə başqa futbolçu ilə hallanır - FOTOLAR

Türkiyəli aktrisa Demet Özdemirin “Beşiktaş”ın gənc futbolçusu Emirhan Topçu ilə eşq yaşadığı iddia olunur.

Sportinfo.az “Onedio”ya istinadən xəbər verir ki, cütlük bir neçə dəfə birlikdə görüntülənib.

Bu barədə iddialardan sonra aktrisa “X” platformasında izləyicilər tərəfindən tənqidlərə məruz qalıb. Buna səbəb isə Özdemirin 2017-ci ildə “Beşiktaş”ın gənc ulduzu Oğuzhan Özyakup ilə münasibət yaşamasıdır.

Futbolçunun karyerasını bitirməsini də məhz Demetlə əlaqələndirirlər.

Buna görə də sosial media istifadəçiləri aktrisanın seçimlərinin adətən “Beşiktaş”ın gəncləri ilə bağlı olmasına dair paylaşımlar ediblər, bu da maraqla qarşılanıb.

Demet Özdemir hazırda “Eşref Rüya” serialında baş obrazlardan biri olan Nisanı canlandırır. O, 2022-ci ildə müğənni Oğuzhan Koçla ailə qurub. Lakin evlilikləri qısa müddət davam edib.

Sözügedən “X” paylaşımlarını təqdim edirik:

adi-bu-defe-besiktasin-basqa-futbolcusu-ile-hallanir








Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 23:40 “And-aman edirdi ki...”
20 Noyabr 17:50 Çək və bizə göndər!