Musayevin bıçaqlanmasına görə həbs edilənlər ev dustaqlığına buraxıldı - VİDEO

17:20 Hadisə 148
Musayevin bıçaqlanmasına görə həbs edilənlər ev dustaqlığına buraxıldı - VİDEO

Dünya çempionu Araz Musayevin bıçaqlanmasına görə həbs edilən Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muay tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov təcridxanadan buraxılıblar.

Sportinfo.az xəbər verir ki, ötən gün Türkiyənin Antalya şəhərində keçirilən 6 saatlıq məhkəmə sonrası hər üç şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığı qətimkan tədbiri seçilib.

Onlar bu il mayın 28-də A. Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı aparılan təhqiqat çərçivəsində “qəsdən adam öldürməyə cəhd” maddəsi üzrə ittiham edilərək həbs olunmuşdular.

Digər Xəbərlər
Xəbər Lenti